“Bir dostum yaralandı, digəri öldü” - Seyran Ohanyandan etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Bir dostum yaralandı, digəri öldü” - Seyran Ohanyandan etiraf

Rəsmi

07 Noyabr 2020 22:03 3542


Ermənistanın sabiq müdafiə naziri, Xocalı qatillərindən biri Seyran Ohanyan Şuşada gedən döyüşlərdə Azərbaycan Ordusu tərəfindən atəşə məruz qaldığını etiraf edib.

Yenisabah.az xəbər verir ki, erməni mətbuatına danışan S.Ohanyan deyib ki, döyüş zamanı onunla birgə olanlar gülləyə tuş gəlib: “Mən yaxşıyam. Bir dostum yaralandı, digəri öldü…”

S.Ohanyan yaralı olub-olmadığına aydınlıq gətirməyib. pizza hut

Xatırladaq ki, bir müsddət əvvəl S.Ohanyan Şuşanın hərbi komendantı təyin olunmuşdu. Keçmiş nazirin dünən Şuşa uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralandığı barədə xəbər yayılıb. Rəsmi məlumatlarda bu xəbər təkzib edilməyib.   /Azpolitika


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!