Bir evdən üç general... –   Əli Nağıyev və qardaşları 

saytların hazırlanması

Evə çatdırılma

Bir evdən üç general... – Əli Nağıyev və qardaşları 

Siyasət

22 Avqust 2019 05:41 25146


Prezident İlham Əliyevin avqustun 21-də imzaladığı sərəncamla Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

“Yeni Sabah” xəbər verir ki, Sabir Nağıyev Xüsusi Dövlət Mühafizə Xidmətinin zabitidir. O, 2013-cü ildən indiyə kimi general-mayor hərbi rütbəsi daşıyıb.

Sabir Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin qardaşıdır. pizza

Onların daha bir qardaşı Vəli Nağıyev 2015-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsində işləyir.

Maraqlıdır ki, son sərəncamdan sonra hər üç qardaş general-leytenant ali hərbi rütbəsində xidmət edəcək.

Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!