İspaniyanın məşhur AS nəşri UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyunu ilə bağlı maraqlı yazı dərc edib.
“Yeni Sabah” xəbər verir ki, məqalədə “Qarabağ”ın təmsil etdiyi Ağdam rayonu haqqında da məlumat verilib və ermənilər tərəfindən işğal olunmuş rayonumuz “Qafqazın Hiorişması” (2-ci Dünya müharibəsi zamanı atom bombası ilə dağıdılmış Yaponiya şəhəri – Red.) adlandırılıb.
“Cümə axşamı Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarında yer alan azarkeşlərin çoxu Qarabağ müharibəsi nəticəsində öz evlərindən didərgin düşmüş şəxslər, onların övlad və nəvələri olacaq. Qarabağ 26 ildir ki, ev oyunlarını “anadan olduğu” şəhərdən 250 km uzaqlıqda oynayır. Qafqazın Hiroşima bölgəsi olan Ağdam, bu gün təpələrindən “İmarət” stadionunun xarabalıqlarını görə biləcəyiniz bir xəyal şəhəridir. “Qarabağ” yarandığı 1951-ci ildən bəri, qanlı Ermənistan-Azərbaycan müharibəsi başlayana qədər burada oynadı. Amansız müharibə komanda ilə bərabər 40 min insanı oradan çıxmağa vadar etdi. Həmin şəxslərin çoxu indi paytaxtda məskunlaşıblar. Bu müharibə 1988-ci ildə başladı və düz 6 il davam etdi”. pizza
Məqalədə baş məşqçi Qurban Qurbanovun gəlişindən sonra klubun yenidən dirçəldiyi qeyd edilib:
“2008-ci ildə Qurban Qurbanovun baş məşqçi postuna gəlişindən sonra “qaçqınların klubu” “Qarabağ” bəlli səbəblərdən yenidən quruldu və dirçəldi. Klub Azərbaycanda dominantlıq edir, ardıcıl 6 ildir ki, Avrokuboklara vəsiqə qazanır. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk və hələ ki tək Azərbaycan klubudur. Klub bazar günü Bakı təmsilçisi “Neftçi”yə 2:0 hesabla qalib gəldi. “Qarabağ” klubu 2017/2018 mövsümündə Ağdamdan didərgin düşərək bölgələrdə məskunlaşanların “Atletiko” və digər klublarla olan oyunlara gələ bilmələri üçün pulsuz avtobuslar təşkil etmişdi. Azarkeşlər üçün “Qarabağ” bir futbol klubundan daha artığıdır, əsirlikdəki Vətəndir”.
Naibə Məmmədova

Telegram kanalımız