“Bir gecənin nağılı“ təqdim olundu - Yeni tamaşa

saytların hazırlanması

Evə çatdırılma

“Bir gecənin nağılı“ təqdim olundu - Yeni tamaşa

Mədəniyyət

16 Yanvar 2023 13:01 2267


Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) təqdimatında mərhum yazıçı Rövşən Ağayevin "Bir gecənin nağılı"" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. 

Melodrama janrında hazırlanan tamaşada rolları Gülçin Qasımova və Cavid Baba ifa etdilər. 

Yeni tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, rejissoru Ziya Ağa, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır. Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur.  Marqarita pizza

Məlumat üçün qeyd edək ki, maraqlı aktyor oyunu, zəngin rejissor tapıntıları ilə müşayiət olunan tamaşa gənc aktyorların səhnə debütü idi.

Premyeradan sonra tamaşaçılar yaradıcı heyətlə səhnəarxası görüş keçirib, onlarla  xoş təəssüratlarını bölüşüblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!