Bir gündə 7 nəfər həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Bir gündə 7 nəfər həlak oldu

Kriminal

11 Avqust 2019 10:19 874


Şənbə günü Azərbaycanda baş vermiş yol qəzalarında 7 nəfər həyatını itirib.

“Yeni Sabah” xəbər verir ki, avqustun 10-da ölkə yollarında ümumilikdə 10 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən şəxslərdən başqa daha 16 nəfər xəstəxanalara yerləşdirilib.

Ötən gün baş verən qəzalar arasında ən ağır hadisə Qaxda qeydə alınıb. Rayon ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər vəfat edib, daha 3 nəfər isə xəsarət alıb. Bakının Yasamal rayonunda baş vermiş hadisədə isə 2 nəfər həyatını itirib. Dördpendirli pizza

Bundan başqa dünən Göyçay və Salyan rayonlarında da yol qəzaları insan itkisinə səbəb olub.

Hər bir faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!