Bir günə 9.7 min yoluxma

saytların hazırlanması

Evə çatdırılma

Bir günə 9.7 min yoluxma

Sağlamlıq

17 Sentyabr 2020 09:08 1053


Fransada Sars-CoV-2 virusuna son sutka ərzində 9 min 784 yeni yoluxma qeydə alınıb.

“Yeni Sabah” Fransa Səhiyyə İdarəsinin məlumatına istinadən xəbər verir ki, son 24 saat ərzində xəstəxanaya 649 koronavirus xəstəsi daxil olub ki, onlardan 100-ü reanimasiya şöbələrinə yerləşdirilib.

Ölkədə aşkarlanın 862 qrup yoluxmasından 77-si son sutka ərzində aşkarlanıb. Dördpendirli pizza

Son gün ərzində 49 ölüm faktı qeydə alınmaqla, COVID-19 epidemiyası qurbanlarının ümumi sayı 31 min 45-ə çatıb.

Ölkədə COVID-19 epidemiyasına görə 81 tədris müəssisəsi bağlanıb. “Elabe” şirkətinin apardığı sorğunun nəticələrinə görə fransızların 50 faizi düşünür ki, koronavirus epidemiyasının qarşısını almaq üçün hökumət kifayət qədər ehtiyat tədbirləri görmür. Fransızların 62 faizi epidemiyaya qarşı mübarizədə icra orqanlarına etibar etmir. /Azərtac

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!