“Bir insan nə qədər qonorarsız çalışa bilər?“ - Brilliant

saytların hazırlanması

Evə çatdırılma

“Bir insan nə qədər qonorarsız çalışa bilər?“ - Brilliant

Şou

25 İyul 2022 19:02 1256


"Bir çox sənət insanları başqasının haqqında mənfi rəy yaratmağa çalışırlar. Bülbül yalnız oxuya, qarğa qarıldıya, it isə hürə bilir. Hər insanın da öz xasiyyəti var. Kiminsə haqda mənfi rəy yaratmaq istəyənlər özləri budurlar. Pisdən yaxşılıq gözləmək lazım deyil. Necə deyərlər, qarğa yuvasından bülbül çıxmaz. Yaxşılıq etmək insanın öz aurasını gözəlləşdirir". 

Yenisabah.az bizim.media-ya istinadən bildriir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Axşamın havası" verilişində deyib. 

22 il əvvəl aparıcısı olduğu "Gözəllik dünyanı xilas edəcək" verilişindən söz açan sənətkar, sözügedən layihədən pul qazanmadığından onu bağladığını dilə gətirib:  Dördpendirli pizza

"2000-2005-ci illərdə Space TV-də aparıcısı olduğum "Gözəllik dünyanı xilas edəcək" verilişini bağlamaq istəyirdim. Bunu bilən tamaşaçılar çoxsaylı məktublar yazırdılar. Bir tamaşaçı "Atam verilişinizə baxanda təzyiqi düzəlir", digər tamaşaçı isə "Anamın şəkəri düzəlir verilişinizi izləyəndə. Nə olar, proqramınızı bağlamayın" kimi sözlər yazırdılar.

Buna görə də 5 il bu verilişi davam etdirdik. Mənim üçün isə çox çətin idi. Çünki bu proqrama görə televiziya mənə qanorar ödəmirdi. Bir insan nə qədər qonorarsız çalışa bilər? Ona görə beş ildən sonra verilişi bağladım". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!