Kartınız bloklanacaq, təsdiq üçün linkə keçin -   DİN-DƏN XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Kartınız bloklanacaq, təsdiq üçün linkə keçin - DİN-DƏN XƏBƏRDARLIQ

Hadisə

03 Noyabr 2025 08:57 659


Texnologiya inkişaf etdikcə dələduzluq üsulları dəyişir. Heç bir halda kart məlumatlarınızı (PIN, CVV, parol, SMS kod və s.) kənar şəxslərlə paylaşmayın. Bank əməkdaşı, və ya hər hansı təşkilat sizdən bu məlumatları heç vaxt tələb etmir.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

““Bankdandır, kodu təcili verin”, “endirim üçün linki paylaşın”, “təcili yoxlama tələb olunur, məlumatları göndərin”, “nömrəniz uduş kuponu qazanıb, kodu qəbul edib, təsdiqləyin”, “kartınız bloklanacaq, təsdiq üçün linkə keçin”, “hesabınıza pul köçürülüb, qəbul üçün məlumatınızı daxil edin”, “sizin adınıza kredit sifarişi var, imtina üçün kodu göndərin” və bunlar hamısı bir məqsədə xidmət edir — məlumatınızı, daha sonra isə vəsaitinizi ələ keçirməkdir”, - nazirlikdən bildirilib.   Toyuqlu pizza

Vətəndaşlar belə hallarla rastlaşdıqda bankla və DİN-in “102” Xidməti-Zəng Mərkəzi ilə dərhal əlaqə saxlaya bilərlər:

“Heç kim şübhəli keçidlərə daxil olmasın, şəxsi məlumatları sosial şəbəkələrdə və ya mesajlaşma tətbiqlərində paylaşmasın, çünki bir mesajla aldada, bir kliklə pulunuzu oğurlaya bilərlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!