Bir neçə rayonun polis əməkdaşları Kürdəmirə ezam olundu

saytların hazırlanması

Evə çatdırılma

Bir neçə rayonun polis əməkdaşları Kürdəmirə ezam olundu

Rəsmi

14 İyun 2020 17:06 1318


Kürdəmir rayonunda bu gecə saat 00:00 dan etibarən sərtləşdirilmiş karantin rejiminə start verilib.

Yenisabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün kəndlərdə və şəhər ərazisində müvəqqəti karantin postları qurulub. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və bir neçə rayonun, o cümlədən Ağsu, Göycay, Zərdab və Haclqabul rayonlarının polis şöbələrinin əməkdaşları Kürdəmir rayonuna ezam olunublar.

Gün ərzində rayon polis şöbəsinin əməkdaşları səs gücləndiricilər vasitəsi ilə insanları marifləndirərək onlara karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməyi və evdə qalmağı tövsiyyə ediblər. Dördpendirli pizza

Qərara əsasən, rayon ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Rayon ərazisində qurulan postlar vasitəsi ilə giriş-çıxışa nəzarət edilir.

Qeyd edək ki, Bakı-Qazax avtomagistralının Kürdəmir rayonundan keçən hissəsində avtomobillərin hərəkətində hər hansı məhdudiyyət yoxdur.

Xatırladaq ki, Azərbaycanın 9 şəhər və rayonunda sərtləşdirilmiş karantin rejimi tətbiq olunub və bu rejimi iyun ayının 16-sı səhər saat 06:00 qədər davam edəcək.   /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!