Bir sıra ərəb ölkələri İsraillə sülh sazişi imzalayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bir sıra ərəb ölkələri İsraillə sülh sazişi imzalayacaq

Siyasət

22 Noyabr 2020 14:46 798


Ərəb ölkələrinin bəziləri İsraillə sülh sazişi bağlayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo "Al-Arabiya" telekanalına müsahibəsində bildirib.

"İsraillə sülh razılaşmasına qoşulacaq ərəb ölkələri var", - Pompeo bildirib. Marqarita pizza

O, əlavə edib ki, ABŞ regionda sülhə nail olunması üzrə səylərini davam etdirəcək.

Qeyd edək k, İsrail sentyabrda BƏƏ və Bəhreynlə münasibətlərini normallaşdırıb. Ölkələr arasında münasibətlərin normallaşdırılması haqqında razılaşmaların imzalanması ilə bağlı təntənəli mərasim sentyabrın 15-də Ağ Evdə keçirilib, çünki razılaşmalara ABŞ-ın aktiv vasitəçiliyi ilə nail olunub. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!