“Bir vaxtlar bizim kişilərin iri maşın sevgisi vardı” - Bu maşınları indi heç kim almır

saytların hazırlanması

Evə çatdırılma

“Bir vaxtlar bizim kişilərin iri maşın sevgisi vardı” - Bu maşınları indi heç kim almır

Sosial

28 Yanvar 2025 16:46 24683


Avtomobil bazarında benzin və dizel yanacağı ilə çalışan, irihəcmli mühərrikə malik SUV avtomobillərin qiymətləri xeyli ucuzlaşıb. “Cip” kimi tanınan bu maşınlar artıq alıcıların diqqətini cəlb etmir.

Yanacaq qiymətlərinin və ehtiyat hissələrinin getdikcə bahalaşması bir zamanlar yollarda görməyə vərdiş etdiyimiz “Toyota Prado”, “Mitsubişi Pajero” kimi maşınların prestijini xeyli zəiflədib.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan avtromobil realtoru Elvin Quluzadə bildirib ki, SUV maşınların dövrü artıb bitir: pizza sifarişi

“İnsanlar ağıllanıb, heç kim iri həcmli mühərrikə malik olan avtomobil almaq istəmir. “Toyota Prado”, “Mistubişi Pajero” kimi maşınlar əvvəllər dəbdə idi. Bizim kişilərin də iri maşın sevgisi vardı. Lakin bu maşınlar dağda-daşda sürmək, yük daşımaq üçündür, şəhər mühitinə əsla uyğun deyil. Şəhər maşını sedan tipli minik maşınlardır. İndiki zamanda cip sürmək hər kəsin cibinə uyğun deyil”.

Realtor qeyd edib ki, elektromobil və hibrid avtomobillər sözügedən maşınların satışına olduqca mənfi təsir göstərir:

“Məsələn, 5-10 il əvvəl avtomobil bazarlarında ciplərə xeyli tələb var idi. İnsanlar üçün cip sürmək bir növ prestij, status sayılırdı. Amma indi belə deyil. Maşın insanı bir yerdən başqa yerə aparmaq üçün sadəcə vasitədir. Yəni mühərrik həcmi daha aşağı olan maşın da səni Bakıdan Sumqayıta aparır, iri mühərrikli cip də. Ona görə də elə ən yaxşısı daha sərfəli olan avtomobildir.

Digər tərəfdən, elektromobil və hibrid maşınlar da bazara xeyli təsir edib. Artıq imkanı olan elektromobil cip modellərinə üstünlük verir. Bu həm daha sərfəlidir, həm də müasir. Bütün bunları nəzərə alanda fikrimcə, benzin və dizellə çalışan iri mühərrikli ciplərin dövrü artıq bitir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Kerem
    Həvəsi olan çoxdu pul olmadıqdan sonra necə elde edib suresen. Biri mən hevesim var marağım var iri maşın delisiyem pul yoxdu anma. Ola ki, götürub suresen.
    1 year ago