Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün bərqərar olması istiqamətində müsbət irəliləyişləri və son addımları alqışlayır.
Yenisabah.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Sənəddə iki ölkə arasında razılaşdırılmış etimad quruculuğu tədbirlərini yüksək qiymətləndirdiyini və bu təşəbbüsün sabitliyin möhkəmləndirilməsinə və sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımların, o cümlədən Azərbaycan və Ermənistanın, eləcə də bütün Qafqaz regionundakı xalqların gələcək inkişafına nail olunmasına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edlibib. Marqarita pizza
Nazirlik BƏƏ-nin regional və beynəlxalq səviyyədə təhlükəsizliyin və sülhün möhkəmləndirilməsi, iki ölkə arasında konstruktiv əməkdaşlığın yeni dövrünün başlanğıcını qoyan davamlı nizamlanmanın gücləndirilməsi üçün Ermənistan və Azərbaycan tərəfindən razılaşdırılmış bütün tədbirləri dəstəklədiyini vurğulayıb.
Nazirlik bir daha bəyan edib ki, BƏƏ fikir ayrılıqlarının sülh yolu ilə həllində körpülərin qurulması, əməkdaşlıq və dialoqun vacibliyini vurğulayır.
Telegram kanalımız