İyulun 14-ü səhər saatlarında kriptovalyuta bazarında yeni zirvə qeydə alınıb. Bakı vaxtı ilə saat 07:45-də "Bitcoin"in qiyməti 121 min dollar səddini aşaraq 121 014,73 ABŞ dollarına yüksəlib. Bu, son 24 saatda 2,82 faiz artım deməkdir.
Yenisabah.az xəbər verir ki, maraqlıdır ki, ötən gecə, saat 00:05-də "Bitcoin" 119 min dollara çataraq əvvəlki maksimum səviyyəsini müəyyən etmişdi. Lakin cəmi bir neçə saat ərzində bu göstərici də geridə qaldı.
Məlumatlar dünyanın aparıcı kriptovalyuta platformalarından biri olan "Binance" tərəfindən təqdim olunub. pizza sifarişi
Telegram kanalımız