“Biz 4 milyona evalırıq, ermənilər isə 4 milyona yol çəkir...” 

saytların hazırlanması

Evə çatdırılma

“Biz 4 milyona evalırıq, ermənilər isə 4 milyona yol çəkir...” 

Rəsmi

08 İyun 2020 17:27 1150


Ermənilərin Laçından 3-cü yol xəttinin çəkilişinə başlaması onu göstərir ki, düşmən nəinki Dağlıq Qarabağla, eləcədə digər işğal altındakı ərazilərimizlə bağlı heç bir məsələdə güzəşt etmək fikrində deyil. Ermənilərin yol və infrastruktur nazirinin yaydığı xəritədə Gorus rayonunun Xınzirək kəndindən başlanan yolun,  əsasən Laçın rayonunun bir neçə kəndindən keçərək, eyni zamanda Hadrut və Xocavəndi birləşdirəcəyi əks olunub. Ümumimiyyətlə ermənilərin sovet dövründə də yol strategiyalarının arxasında həmişə gizli planları olub. 

Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfayət Avılbəyli  Yenisabah.az-a vaxtilə Başkənd qəsəbəsinin Ermənistana birləşdirən  strateji əhəmiyyəti olan “yoldan” danışıb.  Onun sözlərinə görə, hələ sovetlər vaxtında Gədəbəy rayonunun Şınıx dərəsinin Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmişdi və 1992-ci ilə qədər Azərbaycan ərazisində anklav formada yerləşən və Ermənistanın xəritəsinə daxil edilən iri yaşayış məntəqəsi olub. Şəfayət Əlibəyli deyir: 

“Qəsəbədə 3 minə qədər əhali yaşayırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə “Arsvaşen” adını qoymuşdular. Ermənilər yaşadıqları zaman  Başkənd kəndinin infrastrukturuna baxanda adam dəhşətə gəlir. Qəsəbədə müasir tipli tikililər bir yana, bütövlükdə Gədəbəy rayonunda belə bir yaşayış şəraiti yox idi. Orda yardılmış suvarma üçün süni göl, münbit taxıl sahələri,eləcədə  qəsəbəni Krasnoselo rayonu ilə birləşdirən strateji yol ermənilərin sonrakı planlarının həyata keçirməsinə hesablanması sirr deyildi. Bu yol ilə ermənilər Başkəndi silah bazasına çevirmişdilər. Çünki Krasnoselo rayonu ilə Başkəndi birləşdirən bu asfalt yola heç cür nəzarət etmək mümkün deyildi. Birinci Qarabağ savaşında məhz bu qəsəbəyə görə demək olar ki, Gədəbəyin 26 kəndi işğal altında saxlanılırdı. Məhz bu qəsəbə ona görə də Ermənistana siyasi əhəmiyyətinə görə birləşdirilmişdi. Lakin ermənilərin bu bölgədə planları gözlərində qaldı. pizza sifarişi

Bu gün isə ermənilər yenə yol çəkir. Biz nə edirik? Biz isə Amerkadan ev alırıq özü də bunu şəxsi işimiz hesab edirik. Təbii ki, biz dayandıqca ermənilər  laçından yol çəkməyi və neçə-neçə əməlləri  “şəxsi işləri hesab edəcəklər”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!