“Biz bunu 30 il arzulamışıq” – Aybəniz Haşımova

saytların hazırlanması

Evə çatdırılma

“Biz bunu 30 il arzulamışıq” – Aybəniz Haşımova

Mədəniyyət

10 May 2023 13:28 2512


“Xarıbülbül” Musiqi Festivalı Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalıdır. “Xarıbülbül” beynəlxalq musiqi festivalı xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb.

Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ respublikalarının iştirakı ilə keçirilib. Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə 29 il festivalın keçirilməsi mümkün olmayıb.

2021-ci ildən etibarən Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı bərpa olunub. Həmin il mayın 12-i və 13-də Şuşa şəhəri işğaldan azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilib. Pepperoni pizza

Ötən gündən Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı növbəti dəfə başlayıb.  

Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edir.  

9-11 may tarixlərində davam edəcək festivalda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.

Festivalla bağlı Yenisabah.az-la təəssüratlarını bölüşən Əməkdar artist Aybəniz Haşımova “Xarıbülbül” festivalının 29 ildən sonra keçirilməsinin qürurverici olduğunu bildirib.

Sənətçi bunun 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbənin nəticəsi olduğunu qeyd edib:

 “Bunun bir vətəndaş, bir sənətçi üçün əvəzi yoxdur. Bu gözəl hadisəni, möhtəşəm festivalı 30 ilə yaxın arzulamışıq. Uzun illər arzulanan, bu gün gerçəkləşən tarixi hadisə əvəzsizdir. Bu, bizim üçün xoşbəxtlikdir. 

Mən də bir sənətçi olaraq millətim adına çox sevinirəm, çox şadam ki, Şuşa nəhayət ki, öz azadlığına qovuşdu. Cıdır düzündə bu möhtəşəm festivalın keçirilməsi, hər il gözəl musiqilərin təqdim edilməsi bizim üçün çox əhəmiyyətli və əlamətdar hadisədir. Mənim bütün təəssüratlarımı, coşğumu bilmək üçün gərək ürəyimi yarıb baxasınız. 

Bu xoşbəxtliyi bizə bəxş edən Ali Baş Komandanın ətrafında sıx birləşən igid oğullarımızın əməyini qiymətləndirmək lazımdır. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin, ordumuzda xidmət edən bütün oğullara can sağlığı, uzun ömür, səadət  arzu edirəm. Bu, Azərbaycanın əvəzolunmaz tarixidir ki, biz yaşayırıq. Mən elə bilirdim ki, ölüb gedəcəyəm, bu günləri görməyəcəyəm. Şükürlər olsun ki, Allah mənə və mənim həmyaşıdlarıma bu günləri görməyi nəsib etdi”.

Aybəniz Haşımova işğaldan sonra tələbələri ilə birlikdə Şuşaya yollandığını, onlarla birlikdə mədəniyyət beşiyində oxumağın ona nəsib olduğunu qürurla deyib:

“Bədii rəhbəri və təsisçisi olduğum “Bülbüllər” qrupu ilə birgə mən də Şuşaya yollanmışdım. Şuşa tamamilə başqa ab-havada idi. Hər yer yamyaşıl, lalələr, çiçəklər açmışdı. Ən xoşbəxt vətəndaşlardan biriyəm ki, nəhayət arzum gerçəkləşdi. 

30 il hər yerdə “Vətəndən pay olmayır”ı oxuyurdum, hər çıxışdan sonra da deyirdim ki, gün gələcək və bu bəstəni Şuşada oxuyacağam. Əgər o günü görməsəm bu dünyadan gözləri açıq gedəcəyəm. Çox şükür Allaha ki, o günü yaşadım”.

O, Şuşa azad olunduqdan sonra orada plov bişirib paylayamaq əhdinə sadiq qaldığını, tezliklə bu arzusunu da reallaşdıracağını bildirib:

“Bu arzum hələ ki, gerçəkləşməyib. Çünki son zamanlarda sağlamlığım mənimlə bir az zarafat edir. Amma İnşallah, tezliklə bu arzumu yerinə yetirəcəyik”.

Əsmətxanım Rzazadə 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!