“Vygon Consulting” adlı Rusiya şirkətinin məlumatlarına görə, 2020-ci il yazın sonu - yayın əvvəlində Avropada qaz qiymətləri ən aşağı səviyyəyə enəcək və yalnız payızın sonlarında artacaq. Həm anomal isti qış, həm də Ukrayna ərazisindən tranzit qaz tədarükünün dayandırılması təhlükəsi fonunda Avropa anbarlarında toplanan rekord qaz ehtiyatı buna gətirib çıxaracaq.
Bəs Avropa qaz anbarlarının təbii qazla dolmasının Azərbaycandan Avrozonaya mavi yanacağın ixrac tədarükünün qiymətlərinə təsir göstərə bilərmi? “Vygon Konsaltinq” şirkətinin mütəxəssisləri haqlıdırlarsa, qazın qiymətində azalma Cənub Qaz Dəhlizinin TAP hissəsinin işə düşməsi zamanı baş verə bilər və bu məsələni çox aktual edə bilər. Görəsən, bu, kəskin dəyişiklik yarada bilərmi?
Bu suallarımıza cavab tapmaq üçün Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanla əlaqə saxladıq. Ekspert "Yeni Sabah"a açıqlamasında bildirib ki, əslində qazın qiymət dəyişimi neftin qiymət dəyişimi ilə eyni anda baş verir və bir-birinə təsir göstərir: pizza sifarişi
"Qazın qiymətinin formalaşması bir qədər mürəkkəbdir. Birincisi, qazın qiyməti neftin qiymətinə bağlı olan bir amildir. Yəni, dünya bazarında neftin qiyməti nədirsə, 6 ay müddətinə gecikməklə, neft qazın qiymətinə təsir göstərir. Burada boru kəməri ilə satılan qaz qiymətlərindən söhbət gedir.
Dünya bazarında bizim risklərimiz daha böyükdür, nəinki regional bazarda. Regional bazarda qiymətin oynaması çox böyük deyil. Dünya bazarında neftin qiyməti 100 dollardan aşağı düşdü. Bununla bağlı bir müddət sonra qazın qiyməti də ona uyğun dəyişdi. Ancaq Avropa bazarında daha bir risk dərəcəsi var. Bu ondan ibarətdir ki, mülayim qış keçən dövrdə onlar qaz həcmlərini anbarlarda saxlayıblar. Ona görə də qış dövründə idxalda ona ehtiyac duymurlar. İkinci bir tərəfdən, dünyada maye qaz hasilatı da artır. Bəzi faktorlar var ki, qazın qiymətini satıcının planlaşdırdığı qiymətdən aşağı gətirib çıxara bilər.
2019-cu ilə "Qaztrol" şirkəti praqnoz edirdi ki, qazın orta ixrac qiyməti 245 dollar olacaq. Ancaq real qiymət 200 dollar ətrafında oldu. Qiymətlər də aşağı düşdü, həcm də azaldı".
İ.Şaban dünya bazarındakı dəyişikliklərin Azərbaycana da təsir edə biləcəyini vurğulayıb:
"Krimatik faktorlar nəticəsində qiymət azalıb. Biz də belə risklərdən sığortalanmamışıq. Ancaq bizim bir ümidverici hissimiz var. Çünki Avropaya ixrac etdiyimiz qazın həcmi böyük deyil. Bizdən qazı alan ölkələr öz bazarlarını şaxələndirmək üçün alır. Əlbəttə ki, Avropadakı qazın ucuzlaşması Azərbaycana təsir göstərə bilər. Biz BP-nin proqnozlarına baxsaq, 2025-ci ilə qədər qazın qiymətləri neftin qiymətlərinə uyğun olaraq ucuz olacaq. 2025-ci ildən etibarən Avropanın qaz tələbatı artmalıdır. Tələbat artması nəticəsində qiymətlər də artacaq. Qaz hazırda enerji tələbatı içində üçüncü yerdədir. Amma getdikcə neft öz yerini qaza verəcək və birinci yerə gələcək. Bu zaman onun dəyəri də, qiyməti də qalxacaq.
Cənub Qaz Dəhlizinin TAP hissəsinin işə düşməsi ilə kəskin dəyişikliklər olmayacaq. Dünyada hər il yeni qaz yataqları istismara verilir. Amerika bu sahə üzrə birincidir. Bu sahəyə tələbat da getdikcə artır".
Naibə Məmmədova
Telegram kanalımız