“Ranar peşəkar insandır. Hər iki telekanalda işini çatdırmağı bacarır. Belə anladım ki, ATV ilə Dövlət Televiziyası razılığa gəldi və Ranar iki telekanalda da fəaliyyətini davam etdirir”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri aparıcı Kamilə Babayeva musavat.com-a açıqlamasında həmkarı Ranar Musayevin AzTV-də işə başladıqdan sonra ATV-də yayımlanan “V element” verilişindən gedəcəyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O, Dövlət Televiziyasındakı müsbət dəyişikliklərdən də danışıb: “Artıq jurnalistlərin, köşə yazarların yazdıqlarından da AzTV-dəki dəyişiklikləri görmək olur. AzTV-də 4 saatlıq səhər verilişi açılıb. Maraqlı, xoş sözlər eşidirik. Bu, tək Ranarın işi deyil, komanda işidir. Dəyişikliklər olmalı idi, oldu. Nə yaxşı ki, o komanda içərisində bizim dostlarımız da var. Onların səyi nəticəsində gözəl işlər ortaya qoyuldu”. Toyuqlu pizza
K.Babayeva “V element” verilişinin yeni mövsümdəki aqibətindən də danışıb: “Hələ ki, verilişin çəkilişləri davam edir. 3 proqramdan sonra tətilə çıxacağıq. Verilişin yeni mövsümdə yayımlanıb-yayımlanmayacağı bəlli deyil. Biz hər il verilişi bitirmək haqqında düşünürük, amma sonra fikrimizdən daşınırıq. 5 ildir ki, bu ənənə davam edir”.
Kamilə verilişə qonaq olmaq istəməyən məşhurlardan da gileylənib: “Qonaqlarımız çox olub. Magikanlar var ki, verilişdən imtina edib. Onların adını çəkmək istəmirəm. Çünki zirvədirlər, ən üst kateqoriyadırlar. Çoxunun veriliş haqqında məlumatı yoxdur, ona görə qonaq olmaq istəmir. Bəzən gileylənirik ki, gənclərimiz filan kəsi tanımır, izləmir. O şəxslər özləri kənara çəkiliblər, öndə olmaq istəmirlər. Gənclər də onları görmür, tanımır. Gəncləri qınamalı deyil. Təhsil sistemi çətindir, uşaqların başı qarışır. Magikanlara bəlkə də kütlə lazım deyil, amma kütləyə magikanlar lazımdır. Bunu nəzərə almalıdırlar”.
Aparıcı televiziyalarda yaradılan Bədii Şuradan da bəhs edib: “Müəyyən dəyişikliklər artıq var. Müəyyən şeylər rəndələnməlidir. Bəyənmədiyimiz belə layihələrin kökümü, yaradıcı heyəti peşəkar insanlardan ibarətdir. Bəzi şeylər dəyişilməlidir. 2000-ci ildə redaktorlar deyirdi ki, subordinasiya lazımdır. Biz etiraz edirdik. Deyirdik ki, azadlığımızı əlimizdən alırlar. Amma elə deyil, biz balaca uşaqlar, onları illərin peşəkarı idi. Hər kəs ağlına gələn veriliş edə bilməz. Nikbinliyə meylliyəm. Hər şeyin içində bir yaxşılıq görürəm. İnanıram ki, televiziyalarda müsbətə doğru dəyişikliklər olacaq”.
Telegram kanalımız