“Sözün düzü, nə gözləyə bilərik ki? Biz 3 oyuna məğlub olduqsa, səfərdə Uels kimi komandayla oynamaq bizim üçün daha da çətin olacaq. Ona görə də millinin baş məşqçisi Yurçeviç özü deyib ki, oradan 1 xal götürsək, bu yaxşı nəticə olar. Deməli, bu ancaq fikirləşir ki, 1 xal götürsə, yaxşı nəticə olacaq”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov deyib. Avro-2020-nin seçmə mərhələsində bu gün Uelslə qarşılaşacaq yığma komandamızın şansını dəyərləndirən sabiq futbolçu oyunun çətin keçəcəyini bildirib:
“Düzdür, komandamız səfərdə oynayır. Amma onların da turnir cədvəlində vəziyyəti elə də qənaətbəxş deyil. Milli komandanı çətin oyun gözləyir. Bunun da səbəbləri var. Səbəbi odur ki, milli komandadan yaxşı oyun gözləmək üçün onun gərək milli çempionatı yaxşı ola və ya oyunçuları digər ölkələrin çempionatlarında oynaya. Ən əsası, çempionatımızda sağlam rəqabət olmalıdır. Buna görə millidən nəsə gözləmək olar. Gəlin, bir-birimizi tərifləyək. Hə, nə olacaq? Həmişə milli komandaya bir ümidlə baxmışıq. Gözləyirik ki, nəticə mütləq olacaq. Elə bir şey ola bilərmi ki, bütün oyunlarda bir nəticə belə olmamış olsun?!” Sezar pizza
Veteran futbolçu yığmamızın 3 oyun sonunda 1 xal belə qazanmamasının səbəblərini bu şəkildə açıqlayıb:
“Mənə elə gəlir ki, bütün futbol ictimaiyyəti açıq şəkildə deməlidirlər ki, biz nə etməliyik? Yurçeviç bilmir ki, bizim çempionatda ancaq 8 komanda var? Bilmir ki, yalnız Bakı çempionatı qurulub? Bizim bölgələrimiz var, bölgələrimizdə də idmançılarımız. Götürək, elə digər idman növlərini – bu sahələr üzrə bölgələrimizdən çıxan idmançılar çoxdur. Yaxşı, onda futbolçu qıtlığı nədən əmələ gəlir? Ondan əmələ gəlir ki, futbolçu oynayır, bir yaşa gələndə də klublar almır. Harda oynasın belə olanda? Qalırlar çöldə. Aşağı yaş qruplarında çox futbolçularımız olub, amma indi harada işləyirlər? Futbol sahəsindən kənarda. Ona görə ki, klub qıtlığıdır. Danışanda deyirik ki, bizdə peşəkar futbol klubları var. Bizdə peşəkar futbol klubları yoxdur, saqdəcə komandalar var, onlar da çempionata oynayırlar”.
Naibə
Telegram kanalımız