Bizə deyirlər ki, gedin, azərbaycanlıları inandırın - Arayik 

saytların hazırlanması

Evə çatdırılma

Bizə deyirlər ki, gedin, azərbaycanlıları inandırın - Arayik 

Rəsmi

04 İyul 2023 11:23 2716


Azərbaycan deyir ki, masaya oturmaq üçün ilk növbədə silahlı erməni dəstələri Qarabağdan çıxarılmalıdır. 

Modern.az xəbər verir ki, bunu erməni separatçılarının başçısı Arayik Arutyunyan deyib.

O, Bakının danışıqlar üçün bir sıra şərtlər irəli sürdüyünü söyləyib. Dominos pizza

“Bakı yalnız bir mövzunu müzakirə edir: inteqrasiya. İkinci mövzu müzakirə olunmur. Bəziləri bizə deyir, gedin, onları inandırın, müzakirə edin. Azərbaycan deyir ki, masa arxasına oturmaq üçün birinci “özünümüdafiə ordusu” buraxılmalıdır”,- Arayik deyib.

Baş separatçı Azərbaycanın təkliflərini qəbul etməyərək, "müqavimət" göstərəcəklərini vurğulayıb.

“Sonrakı ardıcıllıq belə olacaq: ordunu dağıdırıq, “dövlət idarəetmə” sistemini dağıdırıq, bələdiyyə seçkiləri mexanizmi yaradırıq, bundan sonra qaz, işıq verilir və Azərbaycan vətəndaşı kimi avtomobil yolu ilə gedə bilirik. Bizim edəcəyimiz iki iş var: özünümüdafiə və müqaviməti artırmaq”,- o qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!