Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçının baş hakimi Ukrayna Futbol Federasiyasından Yeven Aranovski olacaq.
“Yeni Sabah” xəbər verir ki, referi bundan əvvəl ölkəmizin 2 matçında təyinat alıb.
Belə ki, ukranyalı hakim 2016-2017-ci il mövsümündə Avropa Liqasının qrup mərhələsində “Qəbələ” - “Anderlext” matçının baş hakimi olub. Onun idarə etdiyi görüş “qırmızı-qaralar”ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Görüşdə Rəşad Eyyubov ikinci sarı vərəqə verilərək meydandan qovulub. Belçika komandasının isə 3 futbolçusuna sarı vərəqə göstərilib. Bundan əlavə görüşdə “Qəbələ”nin vurduğu yeganə qol penaltidən olub. Belə ki, 15-ci dəqiqədə rəqib qapısına təyin edilən penaltini Rikardinyo qola çevirməyi bacarıb. Lakin 74-cü dəqiqədə verilən növbəti penaltini qaçırıb. Pepperoni pizza
O, Avro-2016-nın seçmə mərhələsində Azərbaycan – Norveç oyununda da fit çalıb. Matç yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Oyunun 52-ci dəqiqəsində Elvin Yunuszadəyə, 84-cü dəqiqədə isə Dmitri Nazarova sarı vərəqə göstərilib. Rəqib futbolçularından isə 2 nəfərə sarı vərəqə verilib.
Yeven Aranovski 2011-ci ildə FİFA referisi adını alıb. O idarə etdiyi 49 rəsmi oyunda 11 penalti, 190 sarı, 13 qırmızı vərəqə göstərib.
Naibə
Telegram kanalımız