“ABŞ-ın dövlət katibi Entoni Blinken tərəfindən səsləndirilən bu fikirlər bilavasitə Ermənistan barəsində deyilib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Yusif Bağırzadə deyib.
O, ABŞ-ın dövlət katibi Entoni Blinkenin “Artıq postsovet dövrü bitdi” fikirlərini şərh edib: pizza sifarişi
“Azərbaycan postsovet respublikaları sırasından çıxan bir dövlətdir. Bunu qəbul etmək lazımdır. Ancaq hazırda Rusiyanın təsiri altında olan dövlət hansıdır? Ermənistan. KTMT-də olan dövlət hansıdır? Ermənistan. Ona görə də Entoni Blinkenin fikri bilavasitə Ermənistan barədir”.
Yusif Bağırzadə bildirib ki, Azərbaycan balanslaşdırılmış siyasət yürüdür:
“Aİ-nin komissarları, habelə ABŞ-ın dövlət katibi Entoni Blinken də dəfələrlə qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində tərəfdaşdır. TAP və TANAP-ın inşası faktiki olaraq 8 ay İtaliya ərazisində gecikdirildi. O zaman “5 ulduz” deyilən bir ittifaq yaranmışdı. Dövrün İtaliya daxili işlər naziri Matteo Salvini, həmçinin Baş nazirin müavini, Rusiyanın təsiri altında olan partiyanın rəhbəri idi. O guya ki, İtaliyanın ekologiyasına ziyan dəyən bir layihə olduğuna görə TAP və TANAP-ın icrasını 6 ay dayandırmışdı”.
“Azərbaycan qonuşuları ilə də balanslı siyasət yürüdür. İstəyir Rusiya olsun, istər Gürcüstan, istərsə də digər region ölkələri. Qısası, Azərbaycanın dövlət maraqlarını üstün tuturuq, heç bir xarici dövlətin daxili işinə qarışmırıq”, - deyə Yusif Bağırzadə fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız