ABŞ Rusiyanın Ukraynanı işğal etmək üçün yeni hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı Avropadakı müttəfiqlərinə xəbərdarlıq edib.
Yenisabah.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
İddiaya görə, ABŞ rəsmiləri konkret kəşfiyyat məlumatlarını hələ də Avropa İttifaqı (Aİ) rəsmiləri ilə bölüşməyib. Pepperoni pizza
"Biz vəziyyəti izləməyə davam edirik və indiyə qədər topladığımız məlumat narahat edir". Bunu Avrokomissya sözçüsü bildirib.
"Bloomberg" nəşri ABŞ-ı narahat edən məsələlərdən biri kimi Rusiya daxilində potensial şübhəli qoşun hərəkətlərini göstərib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasının Ukraynaya “işğal etməsi” ilə bağlı nəşrləri “əsassız gərginliyin artması” adlandırıb.
Telegram kanalımız