Bakıda bir qrup vətəndaşa qarşı "TikTok" platformasında "Daşqın əmlak ofisi" adlı səhifə vasitəsilə kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, 29 yaşlı Daşqın Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində Xətai Rayon Polis İdarəsində dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır. Toyuqlu pizza
Bakıda vətəndaşlar alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər. Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdikləri həmin şirkət külli miqdarda vəsaitlərini mənimsəyib.
Şikayətçilərin sözlərinə görə, şirkətin verdiyi vədlərə inanmalarında sosial şəbəkələrdəki tanınmış simaların təsiri böyük olub. Zərərçəkənlərdən bəziləri pulu qeyri-rəsmi qaydada verdiklərini desələr də, aralarında notarial təsdiqlə ödəniş edənlər də var.
Telegram kanalımız