BMT: Avqustda 184 ukraynalı mülki şəxs öldürülüb

saytların hazırlanması

Evə çatdırılma

BMT: Avqustda 184 ukraynalı mülki şəxs öldürülüb

Dünya

09 Sentyabr 2024 09:54 365


Avqust ayında hərbi əməliyyatlar nəticəsində 8-i uşaq olmaqla, 184 ukraynalı mülki şəxs həlak olub, 856 mülki şəxs isə yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə BMT-nin son hesabatında deyilir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının öz xülasəsində qeyd etdiyi kimi, itkilərin böyük əksəriyyəti Ukraynanın qanuni hakimiyyət orqanlarının nəzarətində olan ərazilərdə, yəni Rusiya ordusunun hədəfində olan ərazilərdə baş verib. Toyuqlu pizza

Ümumən Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı 2022-ci il fevralın 24-dən indiyədək hərbi əməliyyatlar nəticəsində 11 743 ukraynalı mülki şəxs həlak olub, 24 614 ukraynalı mülki şəxs isə yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!