BMT Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirmək üçün çalışır

saytların hazırlanması

Evə çatdırılma

BMT Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirmək üçün çalışır

Siyasət

24 Noyabr 2020 00:39 977


BMT, Ərazilərin Minalardan Təmizlənməsi Xidmətinin (UNMAS) Qarabağda təcili yerləşdirməsi ilə bağlı digər bölmələrlə işləyir.

Yenisabah.az xəbər verir ki, bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin nümayəndəsi RİA “Novosti”yə bildirib.

Nümayəndə “UNMAS-ın Dağlıq Qarabağ zonasında minaların təmizlənməsində Azərbaycana kömək etməyi planlaşdırırmı” sualına belə cavab verib: Toyuqlu pizza

“BMT, Ərazilərin Minalardan Təmizlənməsi Xidmətinin və BMT-nin digər qurumları ilə əlaqəli olaraq, tərəflərin tələb etdiyi BMT köməyi kontekstində təcili yerləşdirmə üzərində işləyir. Ehtimal olunur ki, missiya tərəflərin yerlərdə ehtiyaclarını nəzərə alaraq dekabr ayının əvvəllərində öz işinə başlayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!