BNA bu şirkətə 3,8 milyon manat ödəyəcək - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

BNA bu şirkətə 3,8 milyon manat ödəyəcək - SƏBƏB

İqtisadiyyat

14 Yanvar 2020 20:18 1324


Bakı Nəqliyyat Agentliyi (BNA) "Qala Sığorta" ASC ilə 3 milyon 817 min 998 manat 28 qəpik dəyərində müqavilə imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, BNA-nın elan etdiyi tender müsabiqəsinin qalibi "Qala Sığorta" ASC olub.

BNA 07.01.2020 tarixindən 07.01.2021-ci il tarixinə kimi "Qala Sığorta" ASC-yə pizza sifarişi

- "Avtonəqliyyat Vasitəsinə Dəymiş Zərərin Könüllü (Avtokasko) Sığortası xidməti" üçün 3 milyon 215 min 929,42 manat, 

- "Avtonəqliyyat vasitələrinin (avtobuslarının) Sahiblərinin Mülki Məsulliyyətinin İcbari Sığortasından artıq olan hissəsi üçün Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyyətinin Könüllü Sığortası xidməti" üçün 52 min manat,

- "Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası xidməti" üçün 60 min manat,

- "Əmlakın yanğın və digər əlavə risklərdən könüllü sığortası xidməti" üçün isə 490 min 68,86 manat ödəyəcək.  /Yeniavaz


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!