BNA sabahkı hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

BNA sabahkı hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

Maraqlı

04 May 2021 17:20 1147


Bakı Nəqliyyat Agentliyi (BNA) sabah baş verəcək qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

Agentlikdən Yenisabah.az-a verilən məlumatda bildirilir ki, mayın 5-i tarixində müşahidə ediləcək güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq: "Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər". pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!