Bodrumda meşə yanğınları olub

saytların hazırlanması

Evə çatdırılma

Bodrumda meşə yanğınları olub

Hadisə

17 Aprel 2022 12:43 349


Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşə yanğınları baş verib.

“Yeni Sabah” xəbər verir ki, bölgədə küləyin təsirindən alov müxtəlif istiqamətlərdə yayılıb. Əraziyə çox sayda yanğınsöndürən cəlb olunub, giriş-çıxış dayandırılıb. Yer səthinin enişli-yoxuşlu olması yanğına müdaxiləni çətinləşdirir.

Qeyd edək ki, keçən il əksəriyyəti Aralıq dənizi, Egey, Mərmərə, Qərbi Qara dəniz və Cənub-Şərqi Anadolu bölgələri olmaqla Türkiyənin 49 vilayətdə 299 meşə yanğını baş verib. Bu yanğınlar zamanı səkkiz nəfər ölüb, yüz minlərlə hektar meşə sahəsi və yaşayış yeri külə dönüb, minlərlə heyvan tələf olub. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!