Boksçumuz almanı məğlub edib isveçliyə rəqib oldu – Avropa çempionatı

saytların hazırlanması

Evə çatdırılma

Boksçumuz almanı məğlub edib isveçliyə rəqib oldu – Avropa çempionatı

İdman

05 Sentyabr 2019 09:09 943


Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatına start verilib. 

“Yeni Sabah” xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.

Komandamızın heyətində Rəşid Həsənov qitə birinciliyinə qələbə ilə başlayıb. 64 kq çəkidə qüvvəsini sınayan boksçu Simon Vollmerlə (Almaniya) döyüşdən qalib ayrılıb – 4:1 (29:28, 30:27, 29:28, 27:30, 29:28). O, 1/8 finalda ilk mərhələdən azad olan isveçli Hampus Bromanla üz-üzə gələcək. Bu qarşılaşma sentyabrın 8-də baş tutacaq. Dördpendirli pizza

R.Həsənovdan fərqli, Maqsud Xasmetov (52 kq) türkiyəli Samet Gümüşə, Eldar Babayev (60 kq) irlandiyalı Killian Kartiyə və Səlim Səlimov (69 kq) uelsli Qaran Qrofta məğlub olub.

Qeyd edək ki, bu gün mübarizəyə daha 4 boksçumuz qoşulacaq. İqor Platov (75 kq) Valeri Razmeritanı (Moldova), Ruslan Qədirov (49 kq) Uiliam Hevitti (İngiltərə), Murad Allahverdiyev (81 kq) Stoil Stanoyevu (Belarus) və Fuad Cəfərov (+91 kq) Viçenzo Fiasçettini (İtaliya) sınağa çəkəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!