Bölgələrdə “2 İyul-Azərbaycan Polisi Günü” qeyd edildi

saytların hazırlanması

Evə çatdırılma

Bölgələrdə “2 İyul-Azərbaycan Polisi Günü” qeyd edildi

Rəsmi

02 İyul 2023 15:35 2267


Qəbələ, Ağdaş, Göyçay, Zaqatala rayonları və Mingəçevir şəhərində Azərbaycan polisinin yaranmasının 105 illiyi ilə bağlı tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, tədbirlərdə polis şöbələrinin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və polis veteranları iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Daha sonra tədbirlərdə çıxış edənlər Azərbaycan Polisinin keçdiyi 105 illik şərəfli yoldan, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin vətəndaşların hüquq və azadlıqlarının qorunmasındakı əvəzsiz rolundan danışıblar. Dominos pizza

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və mükafatlar, eləcə də veteranlara müxtəlif hədiyyələr təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!