Milli Hidrometeorologiya Xidməti aprelin 9-u saat 16:00 olan faktiki havanı açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Sabirabad, Kürdəmir, Qobustan, Neftçalada arabir yağış yağır, Daşkəsən, Qax (Sarıbaş) və Şahdağda isə qar yağır. Dominos pizza
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Goranboyda 23, Ağdam, Tərtər və Naftalanda 22, Bərdə, Quba (Xınalıq) və Şahdağda 20, Mingəçevirdə 16 m/s-dək güclənir.
Şəki, Şamaxı, Daşkəsən, Göygöl, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
Telegram kanalımız