Bölgələrdə şimşək çaxıb, yağış yağıb   - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bölgələrdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Sosial

16 Avqust 2020 12:20 969


Hazırda ölkə ərazisində müşahidə olunan hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Yenisabah.az-a verilən məlumata görə, avqustun 16-sı səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağışın miqdarı Lerikdə 17, Sabirabadda 15, Astara, Yardımlıda 9, İmişlidə 8, İsmayıllıda 5, Cəfərxanda 4, Şamaxıda 3, Lənkəran, Zərdabda 2, Şabran, Tərtər, Yevlax, Balakən, Oğuz, Xınalıq, Qrız, Qəbələ, Mərəzə, Qusar, Göyçay, Altıağac, Şahdağ, Bakı, Sumqayıt, Maştağada 1 mm olub. pizza sifarişi

Havanın temperaturu iqlim normasından bir dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-26, aran rayonlarında 26-29, dağlıq rayonlarda 14 dərəcəyədək, Naxçıvan MR-da 27-32 dərəcə isti olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!