Bölgələrdə yağış və qar yağıb - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bölgələrdə yağış və qar yağıb - FAKTİKİ HAVA

Sosial

19 Mart 2024 16:35 365


Martın 19-u saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində yağışlı və qarlı hava şəraiti davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Gədəbəy, Xaltan, Qrız, Şahdağda qar yağır. Marqarita pizza

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR və Aran rayonlarında 11, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!