Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna Ali Radasında onlayn çıxış edib.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Ukraynaya verilməsi nəızərdə tutulan 3 milyard funt sterlinq dəyərində olan yeni silahlar və müdafiə vasitələrindən danışıb. Söhbət artilleriya əleyhinə radarlardan gedir.
Conson Qərbin vaxtında Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsindən də danışıb. Deyib ki, Putin Rusiyasına vaxtında ciddi müqavimət olsaydı, o bu şəkildə azğınlaşmazdı. pizza hut
Baş nazir "Biz kollektiv şəkildə uğursuz olduq" deyib.
B.Consonun sözlərinə görə,Böyük Britaniya Ukraynaya dəstəyini Rusiya imperalizmi çökənə qədər davam edəcək.
Telegram kanalımız