Barıt qoxusu çəkilməmiş “sülh göyərçinləri” yenidən səmamızda peyda olublar. Hərbi Qənimətlər Parkının açılması onları əməlli-başlı pəjmürdə edib. Ermənilərin boş qalmış dəbilqələrinə baxandan sonra depressiyaya düşənlər də var...
Əslində, bu mövzuda çoxdan yazmaq istəyirdim. Başım jurnalistlərin ötən həftə Cəbrayıl və Qubadlı rayonlarına gerçəkləşdirilən səfərinə qarışdığı üçün bir az gecikdim. Cəmi yarım saat əvvəl bu xəbəri oxumasaydım, bəlkə də yenə günü-günə satacaqdım.
Hansı xəbəri? Dominos pizza
Yazım, siz də bilin: Ermənilər dünən Cəbrayılda müharibədə qalib ordumuz tərəfindən məhv edilmiş daha bir əsgərlərinin meyitinin qalıqlarını tapıblar. Məkana diqqət edin: Gorusda, Spitakda yox ha, Cəbrayılda! Adama deyərlər ki, ay vələdüzzina, sənin Cəbrayılda nə işin vardı ki, papağın da boş qalırdı?
Ermənilərin boş qalmış dəbilqələrinə baxıb yaxınlarını itirmiş adamlar kimi ah-nalə çəkənlərdən soruşuram: Aşotun Cəbrayılda nə iti azmışdı? Niyə dədəsinin xarabasında oturmurdu? Axı biz indiki Ermənistanın bizim dədə-baba torpaqlarımz olduğunu əsas gətirərək, bu küçükləri Göyçədə, Zəngəzurda cəzalandırmamışıq. Biz torpağımıza burnunu soxan adamların cəzasını vermişik! Və düz eləmişik!
Azərbaycan 44 günlük müharibənin qalib tərəfidir. Bu zəfər dünya hərb tarixinə qızıl hərflərlə yazılıb. Aradan yüz illər keçəcəcək, tədqiqatçılar yenə bu qələbənin detallarını araşdıracaq, öyrənəcək, tətbiq edəcəklər.
Hərbi Qənimətlər Parkı düşməni necə diz çökdürdüyümüzün əyani sübutudur. Gələcək nəsillər bu parkda nümayiş olunan əyani vəsaitə baxıb qürur hissi keçirəcək, öz babaları ilə fəxr edəcək. Nəvə-nəticələrimizə bu qədər gözəl miras qoyduğumuz üçün mən də qürurluyam!
Son günlər bu sualla tez-tez qarşılaşırıq: ermənilərin boş qalmış dəbilqələrini nümayiş etditməyə nə ehtiyac vardı?
Gəlin qondarma rejimin “təhlükəsizlik xidməti”nin “direktor müavini” Boris Avaqyanın "parlamentdəki" çıxışına diqqət edək. Avaqyan dünən belə deyib: “25 ildir bizimlə döyüşməyə hazırlaşan bir düşmənimiz var. Cəmiyyətimizin müəyyən bir hissəsi inanırdı ki, onlarla artıq sülh içərisindəyik və məsələ həll edilib. Ancaq bu gün sülh yoxdur, danışıqların getdiyi düşmən bir dövlətlə üz-üzəyik. Azərbaycanla danışıqlar yalnız məhbusların (terrorçular nəzərdə tutulur - red.) geri qaytarılması barədə üçtərəfli bəyanatın bəndi yerinə yetirilərsə, irəliləyə bilər”.
İndi bildinzimi Hərbi Qənimətlər Parkında ermənilərin boş qalmış dəbilqələri niyə nümayiş etdirilir?
Boş qalmış dəbilqələr başıboş erməniləri ağıllandırmaq üçündür...
Seymur VERDİZADƏ
Telegram kanalımız