Böyrək xəstəliklərindən xəbər verən əlamətlər

saytların hazırlanması

Evə çatdırılma

Böyrək xəstəliklərindən xəbər verən əlamətlər

Sağlamlıq

31 Oktyabr 2019 21:31 1729


Böyrək xəstəlikləri adətən heç bir ağrı olmadan inkişaf edib son mərhələyə çatır. Daha sonra isə sidikdə qan və şiddətli ağrı kimi simptomlarla müşahidə olunur.

"Yeni Sabah" "medicina.az"a istinadən xəbər verir ki, başlanğıcda heç bir simptom olmadan irəlilədiyi üçün böyrək xəstəliklərinə tutulmamaq üçün əvvəlcədən tədbirlər görmək, müntəzəm yemək və bəzi qidalardan qaçmaq lazımdır.

Bəs böyrək xəstəliyinin əlamətləri nələrdir? pizza

Özünüzü yorğun və bitkin hiss edirsinizsə

Böyrəklərin işləmə funksiyası azaldıqda qan təmizlənə bilməz və qanda zərərli maddələr artır. Bu da insanlarda halszılığa səbəb olur. Bundan başqa böyrək xəstəlikləri anemiyaya səbəb olur və bu da öz növbəsində zəifliyə gətirib çıxarır.

Yata blmirsinizsə

Böyrəklər qanı lazımi səviyyədə təmizləyə bilmədikdə, zərərli maddələr qana keçməyə başlayır. Bu da öz növbəsində yuxu bilməməsi problemini gündəmə gətirir.

Dəriniz qurudur və qaşınırsa

Böyrəklər qandakı mineral və qida maddələrini tarazlaya bilmədikdə, dəridə quruluq və qaşınmaya səbəb olur.

Tez-tez ayaqyoluna gedirsinizsə

Böyrək filtrlərinin zədələnməsi tez-tez sidik ifrazına səbəb olacaq. Xüsusilə gecə saatlarında ayaqyoluna çıxmaq böyrək xəstəliyinin xəbərçisi ola bilər.

Sidikdə qan görünərsə

Böyrək filtrlərinə ziyan dəydikdə qan hüceyrələri sidik yoluna daxil olmağa başlayır. Sidikdən gələn qan böyrəklərin müntəzəm işləmədiyini və ya müxtəlif infeksiyaların olduğunu göstərir.

Ayaqlarınız şişərsə

Böyrək funksiyası azaldıqda, bədəndə natrium tutulmaları əmələ gəlir. Bu, əllərin və ayaqların şişməsinə səbəb olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!