Böyük Britaniyada etiraz aksiyası: “Erməni təcavüzünə son qoyun!”

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniyada etiraz aksiyası: “Erməni təcavüzünə son qoyun!”

Maraqlı

27 Oktyabr 2020 12:59 943


Londonda yaşayan azərbaycanlılar Böyük Britaniyanın baş naziri Boris Consonun ofisinin qarşısında icazəli aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, aksiya zamanı Gəncə şəhərində işğalçı Ermənistan ordusunun terror aktı törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması pislənib.

Azərbaycan icmasının təşəbbüsü ilə keçirilən aksiyada türk icmasının təmsilçiləri və şəhər sakinləri də iştirak edib. pizza mizza

Əllərində Gəncə terrorunun qurbanlarının adları yazılan plakatlar tutan aksiya iştirakçıları, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son qoyun!” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndirib, Boris Consonu və Britaniya ictimaiyyətini mülki şəxslərin, xüsusi ilə də uşaqların qətlə yetirilməsinə biganə qalmamağa çağırıblar. Ermənilərin təxribatçı cəhdlərinə baxmayaraq, aksiya insidentsiz başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!