Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın daha iki cüdoçusu medal qazanıb.
Yenisabah.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbovla Elcan Hacıyev finalda üz-üzə gəliblər.
Qızıl medal uğrunda görüşdə Elcan Hacıyev daha üstün olub. Vüqar Talıbov isə gümüş medal ilə kifayətlənməli olub. Toyuqlu pizza
Digər Azərbaycan təmsilçisi Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimovla yarışacaq.
Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevlə üz-üzə gələcək.
Telegram kanalımız