Bred Pitt sağalmaz xəstəliyə tutulub: “Mənə inanmırlar“

saytların hazırlanması

Evə çatdırılma

Bred Pitt sağalmaz xəstəliyə tutulub: “Mənə inanmırlar“

Şou

07 İyul 2022 12:23 1010


Hollivud aktyoru Bred Pitt prosopaqnoziya adlı ağır beyin xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.

Yenisabaha.az "Daily Mail"ə istinadla xəbər verir ki, bu xəstəliyə tutulan insanlar üzləri tanımaq qabiliyyətini itirir, lakin obyektləri tanımaq qabiliyyətini saxlayırlar.

Sənətçi əlavə edib ki, məclislərdə və digər tədbirlərdə tanışları, dostlarını tanımaq onun üçün çətin olur və buna görə də qohumlarının onu eqoist, təkəbbürlü və ya uzaqgörən hesab edəcəyindən ehtiyatlanır. pizza hut

Pitt bildirib: "Heç kim mənə inanmır".

Aktyor xəstəliyi haqda ilk dəfə 2013-cü ildə danışıb. Daha sonra ulduz qeyd edib ki, bir çox həmkarı onun başqalarına hörmət etmədiyinə inanır və bu onu əsəbiləşdirir. Rəsmi olaraq həkimlər məşhura bu diaqnozu hələ qoymayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!