Brent markalı neftin qiyməti 109 dolları ötdü

saytların hazırlanması

Evə çatdırılma

Brent markalı neftin qiyməti 109 dolları ötdü

İqtisadiyyat

27 Aprel 2026 21:12 149


Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin iyul ayı üzrə füçerslərinin qiyməti aprelin 7-dən bəri ilk dəfə 109 dolları ötüb.

"Yeni Sabah" xəbər verir ki, bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 19:21-ə olan məlumata görə, "Brent" nefti 3.66% bahalaşaraq, bir barel üçün 109.18 dollar təşkil edib.

Saat 19:26-da isə artım tempi bir qədər zəifləyib və "Brent" 3.61% artımla 109.13 dollar səviyyəsində ticarət olunub. Eyni zamanda, WTI neftinin 2026-cı ilin iyun ayı üzrə füçersləri 3% bahalaşaraq, bir barel üçün 97.23 dollara yüksəlib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!