Erməni kəşfiyyatçı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Erməni kəşfiyyatçı saxlanıldı

Dünya

27 Aprel 2026 20:40 149


Ermənistanda "Kandaz" ləqəbi ilə tanınan kəşfiyyatçı Artur Avanesyan Antikorrupsiya Komitəsinə aparılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Məlumata görə, o, biznesmen və xeyriyyəçi Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının seçki kampaniyası ilə bağlı ehtimal olunan pozuntular üzrə işdə fiqurant kimi keçir.

Bildirilir ki, Avanesyan yaxın zamanda Karapetyanın komandasına qoşulub. O, vaxtilə Qarabağdakı qondarma qurumun "müdafiə ordusu"nda uzun illər xidmət edib və azərbaycanlılara qarşı əməliyyatlarda kəşfiyyatçı kimi iştirak edib.

Qeyd edək ki, "Güclü Ermənistan" partiyası bir sıra siyasi qüvvələrlə blok şəklində Mərkəzi Seçki Komissiyasına sənədlər təqdim edib. Ermənistanda parlament seçkisi iyunun 7-də keçiriləcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!