Tedesko “Fənərbağça”nın baş məşqçisi vəzifəsindən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Tedesko “Fənərbağça”nın baş məşqçisi vəzifəsindən qovuldu

İdman

27 Aprel 2026 23:40 134


Domeniko Tedesko "Fənərbağça" klubunun baş məşqçisi vəzifəsindən azad edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qərar Türkiyə Superliqasının son turunda "Fənərbağça"nın səfərdə "Qalatasaray"a 0:3 hesabı ilə məğlub olmasından sonra qəbul edilib.

Klubun açıqlamasında bildirilib:

"İdarə heyətimizin keçirdiyi iclasda qəbul edilən qərarlara əsasən, baş məşqçimiz Domeniko Tedesko, idman direktorumuz Devin Özek və futbol koordinatorumuz Berke Çelebi ilə yollarımızı ayırırıq. Onlara klubumuza göstərdikləri xidmətlərə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq. Mövsümün sonuna qədər komandanın sükanı arxasında köməkçi məşqçi Zeki Murat Göle dayanacaq. O, qalan oyunlarda komandanı meydana çıxaracaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!