Samaranın sabiq merinin qətli ilə bağlı nəvəyə qarşı ittiham ağırlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Samaranın sabiq merinin qətli ilə bağlı nəvəyə qarşı ittiham ağırlaşdırıldı

Dünya

28 Aprel 2026 00:00 119


Samaranın sabiq meri Viktor Tarxovun qətli ilə bağlı cinayət işində onun nəvəsi Yekaterina Tarxovaya qarşı ittiham yenidən təsnifləndirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qətl ittihamı ilə yanaşı, ona mərhum merin və həyat yoldaşının cəsədlərinə qarşı təhqiredici hərəkətlər etmə maddəsi də əlavə olunub.

İstintaqın məlumatına görə, 2024-cü il noyabrın 25-dən 2025-ci il yanvarın 2-dək Yekaterina Tarxova və Dmitri Metreveli keçmiş meri və onun həyat yoldaşını zəhərləyərək qətlə yetirib. Daha sonra onlar cəsədləri donduraraq hissələrə bölüb və qalıqları tullantı qablarına atıblar. Qətlin sifarişçisi kimi Svetlana Metreveli göstərilir.

Məlumata əsasən, ötən il yanvarın 31-də Tarxovun dostu ər-arvadın itkin düşməsi barədə məlumat verib. Bundan sonra iki nəfərin qətli maddəsi ilə cinayət işi başlanıb və əsas şübhəli kimi nəvə müəyyən edilib.

Svetlana və Dmitri Metreveli hazırda xaricdə olduqları üçün beynəlxalq axtarışa veriliblər. Bildirilir ki, qətldən sonra Yekaterina Tarxova zərərçəkənlərin əmlakını, o cümlədən avtomobili satıb.

Rusiya İstintaq Komitəsi qeyd edib ki, iş üzrə bütün iştirakçılara ağırlaşdırıcı hallarda qətl, cəsədlərin təhqiri, oğurluq və dələduzluq maddələri ilə ittiham irəli sürülüb. Bundan əlavə, əmlakın qəsdən məhv edilməsi, sənədlərin oğurlanması və saxtalaşdırılması ilə bağlı epizodlar da araşdırılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!