Britaniya XİN başçısı: “Terrorizm bütün tərəfləri ilə iyrəncdir”

saytların hazırlanması

Evə çatdırılma

Britaniya XİN başçısı: “Terrorizm bütün tərəfləri ilə iyrəncdir”

Siyasət

31 Yanvar 2023 14:33 637


“Terrorizm bütün tərəfləri ilə iyrəncdir”. 

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb. 

O, Pakistanın Peşavar şəhərində yerləşən məsciddə baş vermiş terror aktına görə bu ölkənin xalqına başsağlığı verib. Nazir Böyük Britaniyanın terrorla mübarizədə Pakistanın yanında olduğunu və dəstəyini bildirib.  Dominos pizza

Xatırladaq ki, yanvarın 30-da Pakistanın şimal-qərbində, Peşavar şəhərində yerləşən məsciddə terror aktı baş verib. Məlumata görə, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb. Nəticədə 93 nəfər həlak olub. 

Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayının artacağı istisna edilmir. 

Terrora görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!