Böyük Britaniyaya əsas daşınma marşrutu olan Qırmızı dənizdəki gərginlik ucbatından qara çay təchizatında fasilələr yarana bilər.
Yenisabah.az The Times-a istinadla xəbər verir ki, Britaniyanın ikinci ən böyük pərakəndə satışı şirkəti "Sainsbury's" supermarketlərindən birində bu barədə elan yerləşdirilib.
“Biz bütün ölkədə qara çay tədarükünə təsir edən təchizat problemləri ilə üzləşirik. Yaranmış narahatlığa görə üzr istəyirik və ümid edirik ki, tam təchizat tezliklə bərpa olunacaq”. Sezar pizza
“The Times” böyük pərakəndə satış şirkətlərinə istinadən yazıb ki, bunlar müvəqqəti fasilələrdir və istehlakçılara mənfi təsir minimal olacaq. Bununla belə, tədarük zənciri ekspertləri gələcək aylarda müəyyən məhsullar üçün qiymət artımı və qıtlığı istisna etmirlər.
Britaniya İxrac və Xarici Ticarət İnstitutunun məlumatına görə, Britaniya qara çayının təxminən 50%-i Keniya və Hindistandan gəlir və onun çatdırılma marşrutları əsasən Qırmızı dənizdən keçir.
Telegram kanalımız