Britni Spirsdən anasına qarşı sərt ittiham

saytların hazırlanması

Evə çatdırılma

Britni Spirsdən anasına qarşı sərt ittiham

Şou

26 İyul 2022 18:01 1072


Məşhur müğənni Britni Spirs anası Linn Spirsi ona qarşı zorakılıq tətbiq etməkdə və ruhi xəstəxanaya məcburi yerləşdirmədə ittiham edib.

“Yeni Sabah” axsam.az-a istinadla bildirir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Britni iddia edib ki, anası onu təyin olunan müalicə tarixindən həftələr əvvəl zorla psixiatrik xəstəxanaya yerləşdirib. Müğənni vurğulayıb ki, klinikaya yerləşdirmə əvvəlcədən planlaşdırılıb, lakin Linn nə baş verdiyini bilmirmiş kimi davranıb. Hadisə 2019-cu ildə, Britninin atası Ceymi qızının müvəqqəti qəyyumluğu üçün müraciət etməzdən bir gün əvvəl baş verib.

Bundan başqa, Spirs anasının onu anonim alkoqol məclislərində iştirak etməyə məcbur etdiyini də açıqlayıb. Müğənni daha sonra paylaşımını silib. pizza sifarişi

Linn bundan sonra qızının iddiaları ilə bağlı sosial media hesabında paylaşım edib:

Britni, bütün yazışmalar məndə də var. Sənə ən çox sevən insanların xəyanət etdiyini hiss etdiyin üçün üzülürəm. Sənə tərəf gəlməyimə icazə ver. Mən səni sevirəm". 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!