Qarabağ düyünü: Ruslar və amerikalılar onu necə açmaq istəyir?

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ düyünü: Ruslar və amerikalılar onu necə açmaq istəyir?

Siyasət

17 May 2023 14:20 933


“Moskva bölgədəki varlığını hərbi cəhətdən qorumağa çalışır. Çünki Kreml Kiyevdən, Qərb cəbhəsindən əlini üzüb. Mərkəzi Asiyada ona Çin imkan vermir, Balkan yarımadasında NATO qoşunları, Yaxın Şərqdə, Suriyada isə həm İran, həm ABŞ, həm də Türkiyə var”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.

O, Brüssel və Vaşinqton formatının Rusiya platformalarından fərqlərini izah edib: Dominos pizza

“Moskva fikirləşir ki, onun üçün yeganə dayaq nöqtəsi Cənubi Qafqaz ola bilər. Türkiyə amilini yaddan çıxarmamaqla. Lakin Kreml üçüncü bir ölkənin, bölgədə mövcudluğunu istəmir. Ona görə də Cənubi Qafqazdan möhkəm yapışır. Ruslar istəyir ki, münaqişəni uzatsın, yəni onu hər an partlaya bilən bir bomba kimi saxlasın.

Bir sözlə, “dondurulmuş münaqişə”də qoşunlarını yerləşdirmək”.

S. Hümbətov əlavə edib:

“Avropa İttifaqı və ABŞ siyasətlərini daha çox “soft power” – “yumşaq güc” tərzi ilə həyata keçirmək istəyir. Bu gün Qərbin Azərbaycana xüsusi ehtiyacı var. Onlar başa düşür ki, enerji təhlükəsizliyində Azərbaycan mühüm rol oynayır. Əlbəttə, Azərbaycan qazı və nefti Avropanın tələbatını ödəmir. Amma Avropa İttifaqınin onun orbitindən çıxmaması üçün Birləşmiş Ştatlar Aİ-nin enerji təhlükəsizliyinə təminat verməyə məcburdur. Bu təminat Azərbaycan vasitəsilə mümkündür. Məsələnin ən önəmli tərəfi məhz budur.

Aİ-nin enerji təhlükəsizliyini təmin etmək üçün Türkmənistan qazı, Qazaxıstan neft-qazı, hətta Özbəkistan qazı da mövcuddur. Bunları Avropa İttifaqı və ABŞ gələcək üçün planlaşdırır. Bu gün Birləşmiş Ştatların Qazaxıstanda 62 milyard dollar investisiyası var. Bu da gələcəyə hesablanmış sərmayədir.

Ona görə də Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması birinci şərtdir. Məhz bunun üçün Aİ və ABŞ istəyir ki, Qarabağ məsələsini yekunlaşdırsın və həm Azərbaycan, həm də Ermənistanda öz nüfuzunu möhkəmləndirsin.

Ermənistanın maliyyə imkanları zəifdir. Bu ölkəyə dəstək lazımdır. Avropa İttifaqı və ABŞ Ermənistana bu təklifi irəli sürür: “Bu məsələni qəbul et, biz də sənə iqtisadi baxımdan kömək edəcəyik".

Qısası, Rusiya ilə Qərbin Qarabağ məsələsinə baxışında fərq budur. Qərb variantından isə tərəflərin hamısı qazanacaq”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!