Bu adamlara nar yemək olmaz 

saytların hazırlanması

Evə çatdırılma

Bu adamlara nar yemək olmaz 

Sağlamlıq

11 Noyabr 2021 08:26 1992


Nar dənələri B, C vitaminləri, kalium, maqnezium, manqan, yod, dəmir və digər elementlər, həzmə kömək edən faydalı turşularla zəngindir.

Nar şirəsi mədə turşuluğunu artırır. Bu meyvə qan damarlarının divarlarını gücləndirir, qan təzyiqini normallaşdırır, hemoqlobin və qırmızı qan hüceyrələrinin sintezini artırır. Buna görə də nar anemiya, hemoqlobin azlığı və halsızlıq zamanı tövsiyə edilir. Lakin bilmək lazımdır ki, nar şirəsi yüksək turşuluğu olanlar, xora və qastritdən əziyyət çəkən insanlar üçün birmənalı olaraq ziyanlıdır.

Xroniki qəbizlik zamanı da nardan çəkinmək lazımdır. Toyuqlu pizza

Bundan başqa, turşularla zəngin olan nar şirəsi dişin emalına da zərər verə bilir.

Ona görə də, nar suyunu ya su ilə qarışdırmaq, ya da borucuqla içmək məsləhət görülür. İçən kimi isə ağızı yaxalamaq lazımdır.

Bu meyvənin qabığının bir sıra faydalı xüsusiyyətlərinin olduğu bildirilsə də, o, özündə az miqdarda zəhərli maddələri ehtiva edir. Buna görə nar qabığından istifadə edərkən həkimlə məsləhətləşmək lazımdır. /Aztibb.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!