Bu avtobuslarla bağlı   ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Bu avtobuslarla bağlı ŞAD XƏBƏR

Sosial

21 Aprel 2026 19:23 786


53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Aprelin 22-dən marşrut üzrə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Xatırladaq ki, marşrut xəttində avtobusların bir qismi ötən ilin noyabrında yenilənib. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!