Bu ay pensiyalar nə vaxt ödəniləcək?

saytların hazırlanması

Evə çatdırılma

Bu ay pensiyalar nə vaxt ödəniləcək?

Sosial

07 Fevral 2025 21:11 106796


Xəbər verdiyimiz kimi, minimum pensiyalar 280 manatdan 320 manata qalxıb (fevral ayından), bütün növ əmək pensiyaları isə 8,1% indeksasiya olunaraq artırılıb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, pensiyalara tətbiq edilən 8,1 faizlik artımlar 1 yanvar tarixindən tətbiq ediləcək və yanvar ayının artımı da fevral pensiyasına əlavə edilərək ödəniləcək.

Bəs, pensiyalar artımlarla nə vaxt ödəniləcək? Sezar pizza

Dövlət Sosial Müdafiə Fondunun ötən ilin oktyabrından Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaları ayın 8-15 tarixləri, rayonlar üzrə isə 20-28 tarixləri aralığında ödəyir.

Ötən ilin noyabr ayında pensiyalar Bakı, Sumqayıt və Abşeron rayonları üzrə 7 noyabrda, digər rayonlar üzrə isə 23 noyabrda ödənilib. Dekabrda müvafiq olaraq 10 və 24 dekabr tarixlərində, yanvarda isə 10 və 28 yanvar tarixlərində pensiyaların ödənilməsi həyata keçirilib.

Bu ay da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiya ödənişinin 10 fevralda həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu bu ay pensiya ödənişinin tarixi ilə bağlı hələ açıqlama verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elcin
    siz pensiyalari bele tez vermeyin saxlayin gelen ay verersiz bu ay ehtyac yoxdu pula gozduyun gorun hansi qoca olecey yene bir nefer azalar pulunuz qalar buccenizde mezelenirsize
    12 months ago
  • Cosqun
    Pensiyalar ne vaxt virilacaq
    1 year ago
  • Codqun
    N Nnnnn
    1 year ago
  • Azad Aydın
    Pesniayalarin verilmesi ucun hec bir elave hesablamaya ehtiyac yoxdur.Isteseler ayin 5_de vermek olar,sadece Istek lazim.
    1 year ago
  • Mehparə
    Şirvan şəhəri fevral ayı yaşa görə pensiya nə vaxt veriləcək?
    1 year ago
  • İradə
    Əvvəlki vaxtda verin pensiyanı vaxtını uzatdızki krediti olanlara gecikmə düşsün fayız qazansınlar mənim kreditim var ayın 19 zu ayın 15 şi pensiyamı alırdim ödəyirdim indi pensiya ayın 25 şi köçün borc yığılır nətər edim ay məmurlar indi ayın 15 şi edin pensiyamı
    1 year ago
  • Mələk
    Pensiya almayanlarada dövlet vergi ödesin.uşaqpulu vermeyin.sosial vermeyin qiymətləri qaldırın 2uşağa aylıq 200manat verin heç olmasa.
    1 year ago
  • Vuqar
    Axı niyə 20-28 arası ? Araşdıransan bunu araşdırda. Hər ayın 16 sı verirdilər,niyə 28 i ?.Getsinlər Resp.DYPİ dən işi öyrənsinlərdə anında cərimələrdən mesaj gəlir adama,bunlarda hər il pensiyaları uzada uzada gedirlər.Millətin yarısından çoxu kreditlərin ödəyə bilmir
    1 year ago
  • Tahir alıyev
    Doğrudan da pensiyanın 8.1% artması qiymətlərdə olan artıma uyğun deyil.Əhalinin kasıblaşması daha da artacaq.
    1 year ago
  • Vuqar Məmmədov
    8,1% artım, bəs qiymətlər neçə % artir, bunu bəyəm duşunmür hokumət? Siz axmaqsiniz yoxsa millətlə məzələnirsiz? Xalqı bogaza yıgmayın BİZ Qarabagı ermənidən aldıq ki, insan balası kimi yaşayaq day belə yox!
    1 year ago